Məşhurların xınayaxdı qiyməti - Siyahı

Oxunma sayı: 306
10-06-2021, 08:09

Məşhurların xınayaxdı qiyməti - Siyahı
“MTV” kanalında yayımlanan "6/8 axşam şousu"nda incəsənət nümayəndələrinə zəng edilərək onlardan xınayaxdı məclisinə neçəyə getdikləri soruşulub.
Arasdırma.info xəbər verir ki, sənət adamlarının xınayaxdı qiymətləri belədir:

Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") getdiyi xınayaxdı məclislərinin qiyməti 500-4000 manat arasında dəyişir.

Rəqqasə Fatimə Fətəliyeva yarım saat üçün 2500 manat, bütöv məclis üçün isə 7-9 min manat tələb edir.

Müğənni Xatirə İslamın təşkil etdiyi xınayaxdı məclisləri isə 1500-5000 manat arasında dəyişir.

Müğənni Xuraman Şuşalının xına məclisi 2000 manatdan başlayır.

Çinarə Əliyevanın apardığı xına məclislərinin qiyməti 5 min manatdan başlayır.//axsam.az

Paylaş
Xəbər lentİ