"Rusiyada Damlanın problemi oldu, ona analıq etdim, amma..."VİDEO

Oxunma sayı: 312
13-07-2021, 08:24

"Rusiyada Damlanın problemi oldu, ona analıq etdim, amma..."VİDEO
Müğənni Rəqsanə İsmayılova həmkarı Damla ilə bağlı sirrləri açıb.

Arasdırma.info xəbər verir ki, ifaçı bu haqda "ATV maqazin onlarla" proqramında danışıb. Rəqsanə bildirib ki, damlanın Rusiyada pandemiya ərəfəsində problemi olub:

"Damlanın böyük problemlərini həll etmişəm. Ondan əvvəl söz-söhbətimiz yaranmışdı. Onun oxuduğu bir mahnı var idi. Aysun deyirdi ki, onu biz ikimiz oxuyaq. Mən də dedim ki, nə qədər deyirsiz ödəyim, verin ana-bala oxuyaq. Etmədilər... Amma sonra Moskvada Damlaya ana, bacı, qardaş, ata oldum. Burada çətinliklər yaşadı. Efirdə çıxıb bu haqda demədi. Eybi yox, bəlkə cavandır, istəmir bilinsin.

Amma yaxşılığımı itirmir. İki gün əvvəl məclis var idi, idarə edən mən idim. Toy sahibləri mənlə məsləhətləşdi ki, kimlər olsun? Birinci Damlanın, qızımın və Könül Kərimovanın adını yazdırdım.

Heç kimin çörəyinə basi olmaram. Xatunla aramızda narazıçılıq olmuşdu. Pandemiyada Xatunu məclisə istədilər. Xatun Moskvaya gələnə qədər telefonu əlimdən qoymadım. Gəlib, yerləşdi, rahatlandı, sonra dincəldim. Özü mənə dedi ki, səni düzgün başa düşməmişəm. Bura gələnlərin hamısına kömək edirəm".

Paylaş
Xəbər lentİ