Aşıq Namiq qadına zor tətbiq etdi - ŞOK SƏS YAZISI

Oxunma sayı: 281
17-07-2021, 20:53

Aşıq Namiq qadına zor tətbiq etdi - ŞOK SƏS YAZISI
Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Şikayətçi E.R. (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.

N.Fərhadoğlu isə qadının ona şər atdığını, belə bir hadisə yaşanmadığını açıqlayıb.

Bu gün isə xanım Namiqin ona qarşı zor tətbiq etdiyi anın səs yazısını yayıb.

Səs yazısında qadının ona "Bura uşağım üçün gəlmişəm. Burax məni, ürəyimdə problem var, burax" deyərək, qarşı çıxmağa çalışdığı yer alıb.


Qeyd edək ki, Aşıq Namiq adı daha çox qalmaqallarda hallanan sənət adamıdır. Bundan əvvəl də N.Fərhadoğlu barəsində hüquq-mühafizə orqanlarına analoji şikayət edilmişdi. Belə ki, ötən ilin oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb. İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib. Məhkəmənin qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Sözügedən səs yazısını təqdim edirik:

Paylaş
Xəbər lentİ