"Həm sevir, həm də sevilirəm" - Nazpəri Dostəliyeva

Oxunma sayı: 416
8-03-2017, 12:20

"Həm sevir, həm də sevilirəm" - Nazpəri Dostəliyeva



"İllərlə efirlərdə, konsertlərdə olan sənətkar var ki, mənim üç-dörd ildə qazandığımı əldə edə bilməyib. Statusu, sevgini, dövlət tərəfindən hörməti qazanmaq üçün dürüst və sənətkar olmaq lazımdır".

CahanTV-nin məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Klip+" verilişinə açıqlamasında deyib.

Müğənni illərlə küsülü olduğu xalq artisti İlhamə Quliyeva haqda danışıb. O, mərhum müğənnini bağışldığını deyib:

"Sözsüz ki, onu bağışladım. Allah rəhmət eləsin. İndi haqq dünyasındadır, yanlış addımlar atdı, sonra peşman oldu".

N.Dostəliyeva "Nazpəri xanım sevir" sualına belə cavab verib:

"Fəxr edirəm, gecə-gündüz şükür edirəm ki, Allah mənə övladlıq, valideynlik və nənəlik bəxş etdi.

Əlbəttə ki... Hesab edirdiniz ki, Nazpəri sevilmir? Nazpəri həm sevir, həm də sevilir...".

Mənbə:Axşam.az

Paylaş
Xəbər lentİ