Bu universitetin 13 dekanı vəzifədən KƏNARLAŞDIRILDI

Oxunma sayı: 301
2-12-2021, 22:23

Bu universitetin 13 dekanı vəzifədən KƏNARLAŞDIRILDI
Bakı Dövlət Universitetində 13 dekanın səlahiyyət müddəti başa çatıb.

Arasdırma.info xəbər verir ki,bu barədə Lent.az-a Universitetin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib.

Onun sözlərinə görə, BDU-da dekanlar 5 ildən bir seçilir:

“Hazırda 3 fakültə istisna olmaqla digər bütün fakültələrdə dekanların iş səlahiyyəti müddəti başa çatıb. Həmin fakültələr Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Filologiya, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Kitabxanaçılıq-informasiya, Şərqşünaslıq, Sosial elmlər və psixologiyadır. Bizdə dekanlar seçim əsasında təyin olunur. Həmin dekanlar yenidən seçilə bilər. Ancaq hələ ki, seçimlərin nə vaxt olacağı məlum deyil. Hazırda həmin fakültələrin hamısında dekanları müvəqqəti olaraq tədris işləri üzrə dekan müavinləri əvəz edir”.

Paylaş
Xəbər lentİ