İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"

Oxunma sayı: 350
18-01-2022, 02:46

İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"
İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ:
Bir müddət öncə Dövlət İmtahan Mərkəzi tərəfindən 9 və 11-ci siniflər üçün buraxılış imtahanlarının müvafiq olaraq aprel-mart aylarında keçiriləcəyi ilə bağlı açıqlanan xəbərlər birmənalı qarşılanmadı. Belə ki, həm valideynlər, həm şagirdlər, həm də müəllimlər tədris proqramının tam mənimsənilmədiyini əsas gətirərək imtahanların vaxtının qabağa çəkilməsindən narahatlıqlarını ifadə etdilər. Doğrudur məsələ ilə bağlı bir çox təhsil ekspertləri, eləcə də aidiyyatı qurumlar açıqlama verərək imtahanlarda yalnız mart-aprel aylarına qədər tədris olunan materiallardan istifadə ediləcəyini bildirsələr də, bu qaneedici olmadı. Məhz bu narahatlıqlardan dolayı müəllimlər Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə məktub ünvanlayıblar.

Arasdırma.info Konkret.az-a istinadən məktubun mətnini olduğu kimi təqdim edir:

Dövlət İmtahan Mərkəzinin sədri, çox hörmətli Məleykə xanım Abbaszadə!

DİM-in sosial şəbəkələrdə – daha dəqiq desək, rəsmi Facebook səhifəsində etdiyi son açıqlama, yəni 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının mart, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının isə aprel ayında keçirilməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlər arasında heç də birmənalı qarşılanmadı. Bu səbəblərdən çıxış edərək bildirmək istəyirik ki, verilən qərar düzgün deyil və ictimaiyyət tərəfindən kəskin etirazlara səbəb olub. Əvvəlcə həmin şərhi tədqim edir, sonra isə etiraza səbəb olan amillərin bir neçəsini diqqətinizə çatdırmaq istəyirik:

“Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər. Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb”.

Bu açıqlama ilə bağlı bir neçə çatışmayan məqamı qeyd edirik:

1. DİM müstəqil qurum olmasına baxmayaraq, orta məktəblərdə keçirilən imtahanlarda Təhsil Nazirliyinin tədris planlarına uyğun şəkildə hərəkət etməlidir. Çünki keçirilən imtahanın adı “Buraxılış imtahanı” dır. Buraxılış imtahanı isə şagirdin 11 il və 9 il ərzində öyrəndikləri bilik və bacarıqların yoxlanılması yönündə təşkil olunmalıdır. Əgər şagird məktəb kursunu tam şəkildə bitirməyibsə, heç bir qurum şagirddən bu imtahanı götürə bilməz. Bu heç bir qanunla təsbit olunmayıb.

2. DİM-in qəbul imtahanının 1-ci mərhələsi üçün keçirdiyi imtahan məktəb şagirdlərinə aiddir. Məktəb proqramında isə hər dərs ilinin sonunda bütün fənlər üzrə təkrar saatlara vaxt ayrılır ki, həmin saatlarda şagirdlər il boyu mənimsədiklərini daha da möhkəmlətsinlər. Əgər dərs ilinin başa çatmasına üç ay yarım qalmış belə bir imtahan keçirilirsə, bu zaman şagirdlərin hüquqları tapdalanır. Çünki onlar proqramı təkrar etmədən birbaşa imtahana daxil olurlar. Bu isə olduqca mühim faktordur.

3. DİM bu cür imtahanları ilin istənilən vaxtı əvvəlki illərin məzunları ilə keçirə bilər, qalan şagirdlər bu imtahana onlar üçün uyğun olmayan vaxtda cəlb edilməməlidirlər.

4. Son dövrlərdə baş verən hadisələr, xəstəliklərin artması, pandemiyanın tüğyan etməsi, onsuz da gərgin olan insanların psixoloji vəziyyətini pik həddə çatdırmışdır. Həm müəllimlər, həm şagirdlər güclü stress içərisindədirlər. Mövsümi xəstəliklərin artması şagirdlərin təhsilində fasilələr yaratdığından, sözsüz ki, mənimsəmə də aşağı düşmüşdür. Belə bir vaxtda imtahanların keçirilməsi haqqında verilən bu məlumat yenidən böyük bir tutuma malik olan gənclərin psixoloji cəhətdən yüklənərək gərginləşməsinə səbəb olacaq. Nəticədə isə imtahanda yaxşı nəticə göstərməyən şagirdlər başqa yollara əl ataraq bu stressli vəziyyətdən canlarını qurtarmaq istəyəcəklər. Bu, indiki vəziyyətdə bizə lazım deyil. Ümumiyyətlə, heç bir hal və vəziyyətdə lazım deyil.

5. “Martda imtahanlar keçiriləcək” deyən qurum bu günə qədər proqram materiallarını elan etməyib. Hər il dəyişiklik edilən proqramdan şagirdlərin xəbəri yoxdur. Proqram materialları ən azı 5-6 ay əvvəl dərc olunmalıdır. Proqram , ən yaxşı halda, yanvar ayının ortaları dərc olunacaqsa, imtahan da mart ayının əvvəlinə təsadüf edəcəksə, belə çıxır ki, 11-ci sinif şagirdinə proqram üzrə hazırlaşmağa cəmi 1 ay yarım vaxt verilir. Bu çox böyük bir amil və eyni zamanda da, imtahanların təşkili məsələsində dərin bir boşluqdur.

DİM imtahanların vaxt cədvəlini yuxarıda deyilənləri nəzərə almaqla dəyişdirməli, gələcəyimiz olan gənclərin taleyi ilə, hissləri ilə, onsuz da gərgin olan psixologiyası ilə oynamamalıdır. Yuxarıda qeyd edilən həssas məqamları nəzərə alacağınıza səmimi qəlbdən inanır və sizə etibar edirik. Yekun olaraq, tələb edirik ki, imtahanlar məktəbdə tədris başa çatandan sonra keçirilsin.

İmza :

Ülviyyə Əliyeva – 161 nömrəli tam orta məktəb
Aynurə İsmayılova – 37 nömrəli tam orta məktəb
Gülyaz Əliyeva – 38 nömrəli tam orta məktəb
Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəb
Kəmalə Dadaşova – Quba rayon II Nügədi kənd 2 saylı tam orta məktəb
Zülfinaz Qurbanova – 149 nömrəli Ağdam rayon məktəbi
Günel Hüseynova – Kaspi Ağ şəhər liseyi
Emel Talıbova – 147 nömrəli Texniki-humanitar lisey
Şəfəq Şirəliyeva – Kürdəmir rayon 3 saylı tam orta məktəb
Səadət İsmayılova – Gəncə şəhəri, təqaüddə olan müəllim
Kəmalə Hacıyeva – Kəlbəcər rayon 106 nömrəli tam orta məktəb
Təhminə Əsgərli – S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya
Ləman Salamzadə – Oğuz rayonu Tayıflı kənd tam orta məktəbi
İradə Abdulova – 322 saylı tam orta məktəb
Ceyran Həsənova – S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası
Ülviyyə Əsədova – Lənkəran şəhər 6 nömrəli məktəb-lisey
Sənubər Kərimova – Kurs müəllimi (valideyn)
Günel Məmmədova – Ağdam rayon 139 nömrəli tam orta məktəb
Bəturə Səməd – Qobustan rayonu 1 saylı tam orta məktəb
Günel Məmmədova – Nefçala şəhər humanitar təmayüllü “Muğan“
Şəhla Qurbanova – Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb
İradə Nəbiyeva – Bakı Slavyan Universitetinin nəzdində olan Lisey kompleksi
Ülviyyə Nəbiyeva – Quba rayonu, Qaraçay qəsəbə tam orta məktəbi
Şəfəq Nağıyeva – Xırdalan şəhər 10 saylı tam orta məktəb
Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli orta məktəb
Aynur Ələkbərova – Kəlbəcər rayonu 36 nömrəli tam orta məktəb
Ramilə Hüseynzadə – 271 nömrəli tam orta məktəb
Səmra Mustafayeva – Qax Rayon Marsan kənd tam orta məktəbi
Azadə Səmədova – Hacıqabul rayonu 3 saylı tam orta məktəb
Rüfət Qüdrət oğlu – 20 nömrəli tam orta məktəb
Tamilla Əliyeva – 262 nömrəli tam orta məktəb
Eyvaz Eyvazlı – Kəlbəcər rayonu 32 nömrəli tam orta məktəb
İsmayıl Hüseynov – Repetitor, kurs müəllimi
Elnarə Həsənova – Tovuz rayonu, Əlimərdanlı Kənd orta məktəbi
Fidan Məmmədova – Masallı rayonu Miyankü kənd məktəbi
Xuraman Qurbanova – Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb
Vəfa İbrahimli – Qəbələ şəhər 4 nömrəli tam orta məktəb
Dilarə Qazıyeva – Göygöl şəhəri, İ.Hüseynov adına 1 nömrəli tam orta məktəb
Bayraməli İmanov – Masallı rayonu Miyankü kənd məktəbi
Sevinc Mustafayeva – Göygöl şəhər 1 nömrəli tam orta məktəb
Könül Abdullayeva – M.Şeyxzadə adına THT təmayüllü gimnaziya
Gülü Əliyeva – Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb
Sakitə Qulamova – Masallı rayonu E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbi
Aynur İbrahimova – Quba şəhər Texniki təmayüllü lisey
Kənan Haşımov – Masallı rayonu Qəriblər kənd tam orta məktəbi
Aybəniz Zeynalova – Ağdam rayon məktəbi
Namiq Allahverdiyev – Qəbələ rayon Daşca kənd tam orta məktəbi
Şölə Məmmədova – Masallı rayonu 3 saylı tam orta məktəb
Samirə Əlizadə – Bakı şəhəri, Hədəf kursları
Nuriyyə Quliyeva – 2 nömrəli Texniki-Humanitar lisey
Səbuhi Abdullayev – Ağdaş rayonu Ləki qəsəbə 6 saylı tam orta məktəb
Şəhla Abbasova – Bakı şəhər 144 nömrəli tam orta məktəb
Günel Əliyeva – Elşad Ağayev adına Hişkədərə məktəbi. Fizika müəllimi və valideyn
İlhamə Abdurahmanova – Sabunçu rayonu 80 nömrəli tam orta məktəb
Məlahət Məmmədova – Lənkəran rayonu C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi
Könül Əhmədova – Xətai rayon 245 nömrəli tam orta məktəb
Murad Mehdiyev – Salyan rayonu Yenikənd tam orta məktəbi
Xəqani Şirməmmədov – Mübariz İbrahimov adına Biləsuvar liseyi
Fəridə Dostuyeva – Mehrab Niftəliyev adına Quba şəhər Texniki Təmayüllü lisey
İlhamə Allahverdiyeva – Cəbrayıl rayonu Əmirvarlı tam orta məktəb
Anar İbadov – Lerik rayonu Şonayçola kənd ümumi orta məktəbi
Əsmər Mirzəyeva – Quba rayonu 1-ci Nügədi 1 nömrəli tam orta məktəb
Xəyalə Əhmədova – 328 nömrəli tam orta məktəb
Sürəyya Allahverdiyeva – Təqaüddə olan müəllim, eyni zamanda, valideyn
Zümrüd Məmmədzadə – Quba şəhər H.Əliyev aadın 1 saylı tam orta məktəb
Nazilə Məmmədova – 89 nömrəli tam orta məktəb
Mələk Səmədli – 161 nömrəli tam orta məktəb
Aysel Vəliyeva – Xəzər rayon 218 nömrəli tam orta məktəb
İlahə Mirzəyeva – 253 nömrəli tam orta məktəb
Vüsalə Mikayılova – Balakən rayonu Acılıqbinə kənd ümumi orta məktəbi
Elnarə İbrahimova – Elitar gimnaziya
Bəhruz Davudov – Şəki rayonu, Kiş kəndi 4 nömrəli məktəb
Arzu Çobanova – Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəb
Eşqin Abdullayev – 331 nömrəli tam orta məktəb
Könül Hüseynova – Mingəçevir şəhər 1 nömrəli tam orta məktəb
Könül Aydın – Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəb
Gülnar Həsənova – Repetitor, kurs müəllimi
Əsədova Məhluqə – 46 nömrəli Laçın məktəbi
Alıyeva Aləmzar – 46 nömrəli Laçın məktəbi
Kəmalə Dadaşova – II Nügedi kənd 2 saylı tam orta məktəb
Südabə İsmayılova – 49 saylı İntellekt məktəb-lisey
Günel Atakişiyeva – II Nügedi kənd 3 nömrəli orta məktəb dərs hissə müdiri
Sitarə Kazımova – Mirzəqışlaq kənd tam orta məktəbi
Əsədova Ülviyyə – Lənkəran şəhər 6 saylı məktəb
Rzayevə Çiçək – Lənkəran şəhər 6 saylı məktəb
Hüseynova Yasəmən – Lənkəran şəhər 6 saylı məktəb
Bağırova Sevda – Lənkəran şəhər 6 saylı məktəb
Abasova Gülarə – Lənkəran şəhər 6 saylı məktəb
Məmmədova Aynur – Lənkəran şəhər 6 saylı məktəb
Şərifova Xədicə – Lənkəran şəhər 6 saylı məktəb
Məmmədov Cabir – Lənkəran şəhər 6 saylı məktəb
Cəlilova Arzu – Lənkəran şəhər 6 saylı məktəb
Axundova Samirə – Lənkəran şəhəri 3 nömrəli tam orta məktəb
Abdullayevə Təranə – Lənkəran şəhər 6 saylı məktəb
Sevda Qurbanova – Pirvahid kənd tam orta məktəbi
Şəhla Soltanova – Tusi hazırlıq mərkəzi
Namiq Ağayev – 326 nömrəli tam orta məktəb
Əfsanə Qasımova – Şəmkir şəhəri, Ə.Cavad adına tam orta məktəb
Surac Bəşirov – Ağdam 15 nömrəli orta məktəb
Paşa İsmayılov – 72 nömrəli məktəb-lisey
Nübar Əlimuradova– Quba şəhəri, Hacıbaba Əliyeva adına 1 nömrəli tam orta məktəb
Afaq Yusifli– Gəncə Dövlət Universiteti
Seyfəddin Əhmədov – Xocalı şəhər 3 nömrəli tam orta məktəb
Nabat Həsənova – Sumqayıt Dünya məktəbi
Musayeva Şəbnəm – Repetitor
Sərvər Sərvərov – Ağdam şəhəri, I Sarıcalı tam orta məktəb
Allahverdiyeva Aygün – Şuşa rayon 8 nömrəli məktəb
Kərimova Vüsalə – Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb
Tağıyeva Xuraman – Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəb
Allahverdiyeva Könül – 271 nömrəli tam orta məktəb
Vəliyev Rəşad – 161 nömrəli tam orta məktəb
Şamxallı Lalə – 161 nömrəli tam orta məktəb
Abdullayeva Züleyxa – 161 nömrəli tam orta məktəb
Rzazadə Nuranə – 161 nömrəli tam orta məktəb
Sadiqova Nərgiz Əlimövsum qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
Ömərova Raidə Mərdan qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
Səfərova Kəmalə Möhübbət qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
Əhmədova Lütfiyyə Nəsrəddin qızı – 13 nömrəli məktəb
Məmmədova Şəfəq – Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı orta məktəb
Xəyal Novruzov – Laçın rayonu Nurəddin kənd tam orta məktəbi
Nabat Abdullayeva – 169 saylı məktəb
İbişli İlkin – Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəb saylı tam orta məktəb
Əsgərova Esmira Ziyad qızı – Göygöl şəhəri 5 saylı tam orta məktəb
Günel Zamanlı – Sumqayıt şəhəri 31 saylı tam orta məktəb
Əfqan Hüseynov – Beyləqan rayonu Qaradağlış kənd tam orta məktəb
Sürəyya – Zaqatala rayonu R.Şabanova adına Aşağı Tala kənd 3 nömrəli məktəb
Quliyeva Səadət – Cəlilabad şəhər 8 nömrəli məktəb
Murtuzlu Günay – Cəlilabad şəhər 8 nömrəli məktəb
Ağayeva Şəhla – Cəlilabad şəhər 1 nömrəli məktəb
İbrahimova Vəsilə – 158 nömrəli məktəb
Vüsalə Muxtarqızı – Azəri hazırlıq kursu
Kamil Bəşirov – Zərdab rayonu Məlikli kənd tam orta məktəb
Allahverdiya Rəşidə Beyləqan rayonu Ə. Rüstəmov adına 1-ci Şahsevən kənd 2 nömrəli tam orta məktəb
Ələsgərova Ülviyyə – 257 nömrəli tam orta məktəb
Hacıyeva Sevinc – Nərimanov rayonu 212 nömrəli məktəb
Babayeva Çinarə – 9 nömrəli internat məktəbi
Məmmədova Rəsmiyyə – Xətai rayonu 221 nömrəli məktəb
Kazımlı Zöhrə – 179 saylı tam orta məktəb
Novruzov Rahil – Kəlbəcər rayonu 37 saylı tam orta məktəb
Şahbazova Könül Nurəddin qızı – Gənc İstedadlar liseyi
Hüseynova Yaqut Hacıbala qızı – Gənc İstedadlar liseyi
Tağıyevə Aynur – Valideyn
Məmmədova Xəyalə – Valideyn
Əkbərov Teymur – Valideyn
Abışova Aynur –Valideyn
Əliyev Azər – Valideyn
Məcnunova Məlahət – Valideyn
Məmmədova Svetlana – Valideyn
Sultanova İlahə – Valideyn
Ağasıyev Rəşid – Valideyn
Abidova Gülnur – Valdeyn
Əliyev Barat – Valideyn
Fərzullayeva Gülər – Valideyn
İsgəndərov Səbuhi – Valideyn
İsayeva Cəmilə – Valideyn
Əkbərov Elman – Valideyn
Niftəliyeva Gülmirə – Valideyn
İbiyeva Aynurə – Valideyn
İbiyev Kamran – Valideyn
İsmayılova Zeynəb – Valideyn
Məmişov Natiq – Valideyn
Məmişova Aynurə – Valideyn
Gəncəliyeva Elnarə – Valideyn
Vəliyev Həsən – Valideyn
Vəliyeva Çinarə – Valideyn
Seyidəliyeva Fəridə – Valideyn
İldırımova Xəyalə – Valideyn
Rəfiyeva Gülnar – Valideyn
Əlihüseynova Aynurə – Valideyn
Hüseynova Kəmalə – Valideyn
Orucova Fəxriyyə – Valideyn
İldırımov Vüqar – Valideyn
İsmayılova Esmira – Valideyn
Zamanova Tərlan – Valideyn
Hüseynova Vəfa – Valideyn
Niftəliyeva İman qızı – Valideyn
Arzu Hacıyeva – Valideyn
Flora Əliyeva – Valideyn
Abdullayeva Raminə Alik qızı – Valideyn
Mirzəyeva Xatirə Qərib qızı – Valideyn
Rzayava Mafirət Cəmaləddin qızı – Valideyn
Həbibova Aynur Nüsrəddin qızı – Valideyn
Mirzəyeva Süsən Qarabala qızı – Valideyn
Nəsirov Ümid Elşən oğlu – Valideyn
Şirinova Vüsalə Ömərpaşa – Valideyn
Səfərova Simusər Məmməgəli qızı – Valideyn
Hacıbabayev Mahir Məmmədəli oğlu – Valideyn
Talıbova Xatirə Məmmədşah – Valideyn
Elmir Şirinov – Valideyn
İlham Şərifov – Valideyn
Xəlilov Firudin – Valideyn
Xəlilova Pərvanə – Valideyn
Balayeva Natəvan – Valideyn
Məmmədova Kifayət – Valideyn
Qurbanov Asif – Valideyn
Əlihüseynov İlham – Valideyn
Seyidquliyev Namiq – Valideyn
Seyidquliyeva İlhamə – Valideyn
Qurbanova Könül – Valideyn
Qurbanov Samir – Valideyn
Eyyubov Azər – Valideyn
Şəyəldiyev Qənahət – Valideyn
Rəfiyeva Gülnar – Valideyn
İsgəndərov Siruz – Valideyn
Qurbanova Yeganə – Valideyn
İsgəndərova Zəminə – Valideyn
Allahverdiyeva Vüsalə – Valideyn
İftixar Hüseynzadə – Masallı rayonu,Türkoba kəndi. Valideyn
Şirinova Aynurə – Valideyn
Şərifova Xəyalə – Valideyn
Cəfərov Şahin – Valideyn
Cəfərova Nuranə – Valideyn

Paylaş
Xəbər lentİ