Orta məktəbdə müəllimlərin neçə faizi qadındır? - STATİSTİKA

Oxunma sayı: 266
27-05-2022, 19:56

Orta məktəbdə müəllimlərin neçə faizi qadındır? - STATİSTİKA
Azərbaycanda dövlət əyani ümumi təhsil müəssisələrində (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri istisna olmaqla) çalışan müəllimlərin 81,8 faizi qadınlardır.



Arasdırma.info rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin oktyabrın 1-də bu məktəblərdə 147 927 müəllim çalışıb. Onlardan 3 615 nəfəri direkor olub və direktorların 1 313 nəfəri, yəni 36,3 faizi qadındır.



Dövlət əyani ümumi təhsil müəssisələrində 7 203 direktor müavini var ki, onların da 4 221 nəfəri qadın müəllimlərdir.



Müəllim vəzifəsində çalışanların isə sayı 137 109 olub. Bu vəzifədə çalışanların 37 812 nəfəri ibtidai sinif müəllimi (onların 94 faizi qadındır), 81 423 nəfəri 5-11-ci sinif müəllimidir (onların 84,1 faizi qadındır).


Bunlardan başqa musiqi və nəğmə, təsviri sənət, rəsmxət, bədən tərbiyəsi, əmək tədrisi üzrə daha 17 874 müəllim (onların 63,9 faizi qadındır) çalışır.



Bu məlumatlardan aydın olur ki, dövlət əyani ümumi təhsil məktəblərində 26 923 kişi müəllim işləyir. Onlardan 2 303 nəfəri direktor, 2 982 nəfəri direktor müavini, 21 668 nəfəri müəllim (o cümlədən 2 269 ibtidai sinif) vəzifəsində çalışır.//sfera.az

Paylaş
Xəbər lentİ