Müəllimlərin sertifikasiya həyəcanı: Çıxış yolu varmı?

Oxunma sayı: 196
28-05-2022, 18:29

Müəllimlərin sertifikasiya həyəcanı: Çıxış yolu varmı?
Keçmiş Sovet dövründə bəzi müəllimlər dərs oxumayan şagirdlərə deyirdilər ki, “istəyirsən oxu, istəmirsən oxuma, mən onsuz da maaşımı alıram, sən oxumasan, mənim diplomumu, müəllimliyimi ki, əlimdən almayacaqlar”. Bu mənfi və müsbət cəhətləri ilə Sovet dövrünün təhsili idi. Qeyd etdiyimiz kimi, bəzi müəllimlər belə idi, amma əksəriyyəti öz üzərində işləyən, dərsdən geri qalan şagirdləri də həvəsləndirib az da olsa nəsə öyrənmələrinə çalışırdı. İllər ötdü, müstəqilliyimizi bərpa etdik, yavaş-yavaş milli təhsil sistemimizi formalaşdırmağa başladıq. Kurikulum da dövrün, zamanın tələbi kimi meydana çıxdı. Düzdür bəzi müəllimlər kurikulumu bəyənmirlər, amma burda bəyənilməyəsi nəsə yoxdur. Bəlkə də dilimizə yad söz olduğuna görə bir çoxunu qorxudur, amma 2009-cu ildə ilk dəfə olaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda kurikulum anlayışı təsbit olunmuş və onun mahiyyəti açıqlanmışdır: “Təhsil proqramı (kurikulum) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir”. İnsafla desək keçmiş Sovet təhsil metoduna baxanda kurikulum həm təhsilverənlərə, həm də təhsilalanlara çox rahatdır. Təbii ki, razılaşmayanlar da ola bilər. Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Bizim isə mövzumuz əslində bu deyil.

Paylaş
Xəbər lentİ