"İlin alimi"Zabit Aslanov

Oxunma sayı: 1 460
13-09-2019, 08:10

"İlin alimi"Zabit Aslanov
Media Araşdırma Mərkəzi və Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə professor Zabit Aslanov "İlin alimi"adına layiq görülüb.Xatırladırıq ki,“Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri t.e.d., professor Aslanov Zabit Yunus oğlu 23 iyul 1962-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur.

1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma fakültəsini bitirmiş və 1990-cı ilədək təyinatla Azərelektroterm istehsalat birliyində mühəndis-texnoloq vəzifəsində işləmişdir.

1990-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin aspirantı olmuş, 1992-ci ildə orada namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin “Metrologiya və standartlaşdırma” kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında dosent vəzifəsində işləmişdir. 2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında müdir vəzifəsində çalışır.

Texnika elmləri doktoru, professordur.

8 dərslik, 4 dərs vəsaitinin, 2 monoqrafiyanın, 1 ixtiranın və 210-dan çox elmi məqalənin müəllifidir.
Onu da qeyd etmək lazımdır ki,Azərbaycan Dövlət İqtisad Universitetinin kafedraları arasında keçirilən təhsil islahatları sahəsində “Standartlaşdırma və sertifikasiya”kafedrası birinci yeri tutub.Bu nailiyyətin əldə olunmasında Professor Zabit Aslanovun əməyi çox böyükdür.
"İlin alimi"Zabit Aslanov
"İlin alimi"Zabit Aslanov
"İlin alimi"Zabit Aslanov

Paylaş
Xəbər lentİ