Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.
Arasdırma.info xəbər verir ki, direktor Çinarə Atayeva vəzifəsindən azad edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib.
Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri Cahantv.az-a müraciət edərək direktorun onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət ünvanlamışdı. Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.//gundem.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70