Abduləli Abdullayevin yeni kitabı ali məktəblərdə tədris olunur.

Oxunma sayı: 1 056
3-10-2019, 08:42

Abduləli Abdullayevin yeni kitabı ali məktəblərdə tədris olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçillik Akademiyasının dosenti,hüquq elmləri üzrə fəlsəfə doktoru Abduləli Abdullayevin həmmüəllifi olduğu yeni kitab nəşr edilib.Hüquq kafedrasının müdiri,dosent Fəxrəddin Nağıyevlə birgə yazdıqları bu kitab kifayət dərəcədə önəmli bir tədris vəsaitidir."İnzibati hüquq,dövlət orqanlarında idarəetmə"adlı kitab 36 fəsildən ibarətdir və bütün sahələri əhatə edir.İcra hakimiyyətləri,maliyyə,fövqəladə,güc strukturu.elm sahəsi,kənd təsərrüfatı sahəsi,gömrük,vergi,ədliyyə və s. sahələrdə idarəetmənin təşkili,qaydaları və hüquqları əhatə olunur.Dövlət İdarəçilik Akademiyasının tədris vəsaiti kimi çox qiymətli bir əsərdir.
Həmmüəllif Abduləli Abdullayev haqqında qısa arayış:

Abduləli Mehman oğlu Abdullayev 1938–ci ildə Respublikamızın dilbər güşəsi olan Lənkəran rayonunun Port–İliç (indiki Liman) şəhərində anadan olmuşdur. Liman şəhər 1 saylı orta məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. Hərbi xidmətini Qazaxıstanda başa vurduqdan sonra Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasına qəbul olur və sovet respublikaları üçün rəhbər kadrlar hazırlayan fakultəsini uğurla bitirir. 1965-69-cu illərdə Salyan RDİŞ-də rəis müavini, daha sonra rəis, 1969-73-cü illərdə Kürdəmir, 1974-78-ci illərdə Oğuz, 1978-80-cı illərdə Tovuz, 1980-81-ci illərdə Xaçmaz RDİŞ-nin rəisi vəzifələrində çalışmışdır. 1981-ci ildə ona böyük etimad göstərilərək DİN-nin kadrlar idarəsinə təyin edirlər. 1984-87-ci illərdə DİN-nin xüsusi milis məktəbinə rəis təyin olunur. 1987-1992-ci illərdə DİN-də xidmət üzrə rəisi vəzifəsində çalışmışdır. 1988-ci ildə dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini alır. 1992-ci ildə polkovnik rütbəsində ehtiyata buraxılır. 1992-97-ci illərdə Ticarət nazirliyində hüquq şöbəsinin müdiri işləyir. 1997-2002-ci illərdə Milli Aviasiya Akademiyasının “Hüquqşunaslıq” kafedrasında baş müəllim, 2002-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının dosentidir. İşlədiyi müddət ərzində DİN-nin əməkdar işçisi, şərəf nişanı ordeni, əmək veteranı medalı, qabaqcıl təhsil işçisi döş nişanı, ilin vətənpərvər alimi adına layiq görülmüşdür. 2013-cü ildə DİA-da keçirilən sorğu nəticəsində Ədüləli müəllimin rəhbərliyi ilə hazırlanmış “İnzibati xətalar məcəlləsinin kommentariyası” adlı kitabı “İlin kitabı” adına layiq görülür. Əbdüləli müəllim ölkəmizin ictimai-siyasi həyatında həmişə fəal iştirak edir. 10-dan artıq dərslik və dərs vəsaiti, 5 fənn proqramı, 60-dan artıq elmi tezis və məqaləsi nəşr olunmuşdur. Hüquqşunas alim, ehityatda olan polkovnik, “Qızıl qələm” mükafatçısı,"İlin alimi""Azərbaycan ziyalısı"və s. kimi mükafatlara layiq görülüb.
Abduləli Abdullayevin yeni kitabı ali məktəblərdə tədris olunur.

Paylaş
Xəbər lentİ