12 Martda keçirilən buraxılış imtahanları ilə bağlı çox ciddi narazılıqlar yaranıb. Azərbaycan dili və riyaziyyata aid suallar çox qəliz, mürəkkəb strukturda hazırlanıb. Üstəlik, riyaziyyatdan yenə bir sual səhv verilib.
Arasdırma.info xəbər verir ki,məsələ ilə bağlı Moderator.az-a açıqlama verən riyaziyyat müəllimi Vüqar Namazov yanlış salınan sualın izahını bizimlə bölüşdü:
“Sual düzbucaqlı paralepipedə aiddir. Verilmiş şərtlərlə məsələni həll etsək, paralepipedin tərəfinin biri 0 olur. Belə bir paralepiped mövcud ola bilməz. Yəqin ki, sualı tərtib edən müəllim təcrübəsizlikdən irəli gələrək, “oldu bitdi” prinsipi əsasında sual hazırlayıb”.
“Verilən suallarla imtahana ayrılan zaman müddəti bir-birinə uyğun deyildi”
Sualların qəliz salınmasından gileylənən V.Namazov martın 5-i və 12-si tarixlərində keçirilən imtahanlar arasında ciddi fərq olduğunu da qeyd etdi:
“Tək riyaziyyatda deyil, Azərbaycan dilində də eyni mənzərə hökm sürürdü. Azərbaycan dilindən, sanki, tük dilindən proqramla tərcümə edilmiş mətn salınmışdı. Daha dərindən düşünən uşaqlar mətndəki qarışıqlığı hiss ediblər. Bundan əlavə, mətnin həcmi çox böyük olduğundan bir çox abituriyent vaxt çatdırıb yaza bilməyib.
5 və 12 Martda keçirilən imtahanlar arasında çox fərq vardı. Bir şagird ayın 5-də daxil olduğu imtahanda 250 ballıq nəticə göstərdiyi halda, onunla eyni savad və göstəricilərə malik digər şagird isə 12 Martda keçirilən imtahanda çətinliklə 180 bal toplayar. Bu hal onların ixtisas seçiminə olduqca mənfi təsir göstərəcək. Mövcud vəziyyətdən valideynlər də olduqca narazıdırlar. Onlar məsələ ilə bağlı hara müraciət edəcəklərini bilmirlər”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70