Daha bir məktəbdə rüşvət qalmaqalı - "Məcburuq, direktorun ad günüdür..." - SƏS YAZISI

Oxunma sayı: 180
7-06-2023, 08:40

Daha bir məktəbdə rüşvət qalmaqalı - "Məcburuq, direktorun ad günüdür..." - SƏS YAZISI
Şəki 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədovun ad günü münasibətilə kollektivdən pul yığılması ilə bağlı səs yazısı yayılıb.
Müəllimlərin votsap qrupuna göndərilən səsli mesajın məktəbin nəzəriyyə şöbəsinin müdiri Afət Kərimovaya məxsus olduğu bildirilir.

Arasdırma.info xəbər verir ki,Bakupost.az -a daxil olan səs yazısında A.Kərimova bildirir ki, direktor Tərlan Məmmədov ona ad günü ilə əlaqədar müəllimlərdən təbrik gözlədiyini deyib.
Şöbə müdirinin sözlərinə görə, direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi, dərsi keyfiyyətli keçməmələri və s. məsələlərə göz yumduğunu, onlardan aylıq "haqq" almadığını, lakin ad günündə təbrik gözlədiyini deyib.
A.Kərimova müəllimlərə xitabən "direktor düz deyir, yazığın heç kimlə işi olmur, aylıq da almır, indi ad günüdür, ildə bir dəfə olur, məcburuq pul yığaq. Biz 60-70 manatdan yığmışıq, müəllimlər də 20 manatdan az olmayaraq pul yığsın", - deyir.
Şöbə müdiri səs yazısında pulun siyahı əsasında məktəbin İlahə adlı işçisi tərəfindən, 20 manatdan az olmayaraq yığılması barədə göstəriş verir.

Paylaş
Xəbər lentİ