Bu məktəbdə hamı bir birindən şikayətçidir. Müəllimlər direktordan direktorda müəllimlərdən.
Görüntüləri “Xəzər Xəbər”in vatsap xəttinə Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbin müəllimi çəkərək göndərib.
Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib.
“Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər isə şagirdləri tanımır.”
Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun "qanun"larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb. Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə "qiyabi" oxuyan şagirdlərə qiymətlər yazıblar.
Haqsızlıqlara dözə biməyən müəllim aidiyyatı qurumlarla yanaşı “Xəzər Xəbər”ə müraciət edib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70