Direktor olmaq üçün imtahan verənlərin nəticələri AÇIQLANDI

Oxunma sayı: 89
19-07-2023, 21:00

Direktor olmaq üçün imtahan verənlərin nəticələri AÇIQLANDI
Direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari il iyulun 6-da keçirilən imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, müsabiqə üzrə imtahanda 1 524 nəfər iştirak edib. Test imtahanında sualların 50 faizini düzgün cavablandıran 716 namizəd esse mərhələsində iştirak hüququ qazanıb. //gundem.az

Paylaş
Xəbər lentİ