Müəllimlərə şad xəbər: Yeni iş yerləri...VİDEO

Oxunma sayı: 77
23-08-2023, 08:56

Müəllimlərə şad xəbər: Yeni iş yerləri...VİDEO
Müddətli müqavilə ilə vakansiya seçimlərində iştirak edən müəllimlər işğaldan azad olunmuş rayonlarda işləmək imkanı qaza bilərlər.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Füzuli və Şuşa şəhərlərində təhsil müəssisələrinin bərpası nəticəsində mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.

Təhsil İnstitutu insan resusları mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Xəzər Xəbər"ə bildirib ki hazırda müxtəlif fənlər üzrə vakansiyalar mövcuddur.
Mərkəzin direktoru qeyd edib ki sistemə yeni vakant yerlər də daxil edilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.//xezerxeber

Paylaş
Xəbər lentİ