Sertifikasiyadan kəsilən müəllimlər yenidən imtahan verə bilər?

Oxunma sayı: 78
30-08-2023, 09:02

Sertifikasiyadan kəsilən müəllimlər yenidən imtahan verə bilər?
Sertifikatlaşdırmadan kəsilən müəllim yenidən müəllimlərin işə qəbulu imtahanlarında iştirak edə bilər.

Arasdırma.info xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

Qeyd edək ki, ötən il keçirilən sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif müəllimləri üçün bu gün imtahan keçirilib.

Bugünkü imtahanda 1 939 müəllim iştirak edib. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib.

Paylaş
Xəbər lentİ