“Müəllimlərə vəsaitin toplanması yolverilməzdir” - Xəbərdarlıq

Oxunma sayı: 47
4-10-2023, 23:30

“Müəllimlərə vəsaitin toplanması yolverilməzdir” - Xəbərdarlıq
“Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsaitin toplanması yolverilməzdir”.
Arasdırma.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakıdakı məktəb rəhbərləri, eləcə də valideynlərə müraciətində bildirib.

Onun sözlərinə görə, bununla bağlı monitorinqlər aparılacaq:

“Təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir. Şagird və ya valideynlərin müəllimlərə hədiyyə verilməsi, vəsaitin toplanması isə yolverilməzdir. Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik”.//qafqazinfo

Paylaş
Xəbər lentİ