Azərbaycanda daha bir universitet bağlanır - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 79
19-10-2023, 21:34

Azərbaycanda daha bir universitet bağlanır - RƏSMİ AÇIQLAMA
Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır.


Arasdırma.info Qaynarinfo-ya istinadən bildirir ki, 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacaq.

Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib.

Məsələ ilə bağlı açıqlama verən rektorun köməkçisi Vüqar Ələkbərov bildirib ki, bu barədə xəbər yayılıb, ancaq rəsmi heç bir məlumat verilməyib.

Qeyd edək ki, 1999-2019-cu ildə universitetin rektoru təhsil ocağının yaradıcısı İsmayıl Əliyev olub.

Paylaş
Xəbər lentİ