Cəsarət Valehovun yerinə o təyin olundu – Dosye

Oxunma sayı: 57
9-12-2023, 02:02

Cəsarət Valehovun yerinə o təyin olundu – Dosye
Azərbaycan Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

Arasdırma.info xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.


Qeyd edək ki, Səbuhi Rzayev buna qədər nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifəsinə kimi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərib.

1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.

Paylaş
Xəbər lentİ