23 nömrəli məktəbdəki dəhşətli hadisənin təfərrüatı: “Müəlliməsini bıçaqlamaq istəyib” - YENİLƏNİB + VİDEO

Oxunma sayı: 24
3-04-2024, 07:59

23 nömrəli məktəbdəki dəhşətli hadisənin təfərrüatı: “Müəlliməsini bıçaqlamaq istəyib” - YENİLƏNİB + VİDEO
Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Belə ki, məktəbin yeddinci sinif şagirdləri arasında mübahisə yaranıb. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb.

Baku TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb.

“Qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb”, - məktəbli deyib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.

Paylaş
Xəbər lentİ