Direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan bağça nəzarətə götürüldü

Oxunma sayı: 18
4-05-2024, 08:20

Direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan bağça nəzarətə götürüldü
Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb.
Arasdırma.info xəbər verir ki, bu barədə "Report"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıdırlar.
Məlumata görə, hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.
İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək.//report

Paylaş
Xəbər lentİ