Repetitorluğun ləğvi mümkündür? - Açıqlama

Oxunma sayı: 49
30-05-2024, 00:47

Repetitorluğun ləğvi mümkündür? - Açıqlama

“Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də repetitor kimi fəaliyyət göstərirlər. Bu gün təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir. Azərbaycan da bu,ə geniş vüsət alıb. Hətta ibtidai sinif şagirdləri də repetitor yanına gedirlər. Ona görə də ölkədə repetitorluğu ləğv etmək mümkün deyil. Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər”.

Bu fikirləri təhsil ekspert Nadir İsrafilov Bakupost.az -a repetitorluğun ləğvi ilə bağlı fiirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, mərkəzləşmiş imtahan keçirildiyi üçün repetitorluğa münbit şərait var:
"Bu, ali məktəbə qəbul olmaq həvəsindən yaranan bir anlayışdır. Repetitorluğu aradan qaldırsaq, o zaman gərək testi və imtahanları da ləğv edək. Çünki repetitorluq bilavasitə testin ortalığa çıxmasından sonra yaranıb. Bu gün şagirdlərin əksəriyyəti dərsliklərlə deyil, test kitabçaları ilə hazırlaşır. Məntiqlə biz həmin test kitablarını da ləğv etməli, tələblərə cavab verməyən dərslikləri yeniləməliyik. Üstəlik, bu gün repetitorluq minlərlə müəllimin qazanc mənbəyi hesab olunur. Buna görə də yaxın perspektivdə repetitorluğun ləğv edilməsini o qədər də real hesab etmirəm”

Paylaş
Xəbər lentİ