Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO

Oxunma sayı: 32
31-08-2024, 09:06

Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO
Badamdar qəsəbəsindəki bir məhəllənin problemi bütün ölkənin gündəmini zəbt edib. Əslində bura heç məhəllə də demək olmaz. Söhbət bir neçə qonşunun yaşadığı kiçik bir dalandan gedir. Dəfələrlə saytlar yazsalar, TV-lər çəkib göstərsələr də, xırda bir problem həllini tapmır. Bu dar dalanın məsələsi lap dalana dirənib. Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra orqanları, polis və daha hansı qurumlara şikayət olunsa da, bu günə qədər nəticə yoxdur. Bu qədər qurumlar balaca bir dalanda sülh yarada bilmirlər. Ona görə "sülh yarada bilmirlər" deyirik ki, burada tez-tez qarşıdurma yaranır. Və nə qədər ki, məsələ yoluna qoyulmayıb, Allah eləməmiş, bu dava-dalaş kimlərinsə ciddi şəkildə zərər çəkməsi, xəsarət alması ilə də nəticələnə bilər.

Paylaş
Xəbər lentİ