Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə etiraz edir.
Arasdırma.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub.
Məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib.
Hökmdə deyilir ki, Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib. Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib.
Fotoda: Mehriban Məmmədova
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70