Naxçıvanda altı məktəb direktoru vəzifədən azad olunub

Oxunma sayı: 14
30-09-2024, 05:57

Naxçıvanda altı məktəb direktoru vəzifədən azad olunub
Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.

Arasd;rma.info xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyeva, Ordubad rayon Unus kənd tam orta məktəbinin direktor müavini Ramil Nəbiyev vəzifələrindən azad olunublar.

Paylaş
Xəbər lentİ