Bu universitetin sektor müdiri rüşvətə görə işdən çıxarıldı

Oxunma sayı: 13
30-09-2024, 23:55

Bu universitetin sektor müdiri rüşvətə görə işdən çıxarıldı
Gəncə Dövlət Universitetinin sektor müdiri rüşvətə görə işdən çıxarılıb.
Arasdırma.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentlik Gəncə Dövlət Universitetində baş verən neqativ halla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdır:
"Faktla bağlı araşdırılma aparılıb və müvafiq tədbir görülüb. Belə ki, Gəncə Dövlət Universitetinin Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində yol verdiyi ciddi nöqsanlara görə 30.09.2024-cü il tarixində tutduğu vəzifədən azad olunub".//bakupost

Paylaş
Xəbər lentİ