Rüşvət almaqda təqsirləndirilən məktəb direktorunun məhkəmə prosesi yekunlaşıb.
Arasdırma.info xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Vurğun Mənsimov 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışıb.
Ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ittiham irəli sürülüb.
Cinayət işi üzrə 2 nəfər təhsil işçisi zərərçəkmiş qismində tanınıb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70