Fədakar insan, qayğıkeş müəllim, əsl ziyalı Abduləli Abdullayev

Oxunma sayı: 650
9-04-2020, 08:42

Fədakar insan, qayğıkeş müəllim, əsl ziyalı Abduləli Abdullayev
Dünyada elə şəxsiyyətlər var ki, onlar öz yaradıcılıqları ilə təkcə bir nəslin deyil, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır. Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar.
Belə insanlar sanki həyatda özü üçün yox,özgələri üçün yaşayırlar.Bu kimi şəxsiyyətlər zamanın sınağından keçib və zirvədə dayanıblar.
Bu zirvədə dayanmağı bacarmağın özü də bir fədakarlıqdır. Bunu bacaranlar təkcə valideynlərinin övladı olmurlar, onlar bir elin-obanın sevimlisinə çevrilirlər. Belə insanlar xoşbəxtdirlər.
Ömrünün 82-ci baharını yaşayan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ağsaqqal müəllimi Abduləli Abdullayev də xoşbəxt insandır. Eyni zamanda, şanslı insandır. Birincisi, o səbəbdən ki, Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran rayonunun Liman qəsəbəsində dünyaya göz açıbdır. Mülayim subtropik iqlim onun şəxsiyyətinin formalaşmasına təsirsiz qalmayıbdır. İkincisi, valideynləri elmə və təhsilə böyük diqqət ayıran insanlar olublar. Elə bu səbəbdən də, Abduləli müəllim Lənkəran rayonunun təhsil sahəsində qabaqcıl mövqelərə malik 1№-li orta məktəbdə yüksək qiymətlərlə təhsil almağa müvəffəq olmuşdur. Hələ orta məktəb illərində gənc Abduləli Abdullayev detektiv mövzularda kitablar oxuyur, filmlərə baxır və gələcək həyat yolunun konturlarını beynində cızmağa başlayırdı. Dəyişməz uşaqlıq istəyi və həvəsi gənc Abduləlinin peşə seçimində öz həlledici rolunu oynadı. O, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına qəbul olundu. Daha əvvəl isə Abduləli müəllim hərbi xidmətdən sonra öz taleyini Qazaxıstan Respublikası ilə bağladı. 10 il ərzində Qazaxıstanda hərbi xidmət keçdi, sonra orta ixtisas milis məktəbində müdavim oldu və daxili işlər orqanlarında xidmətə başladı. Bu xidmət Abduləli müəllimin bütün gələcək həyatını müəyyən edən amillərdən biri olmuşdur. Məhz bu xidmət zamanı "Milis əlaçısı" döş nişanı, "Sovet milisinin 50 illiyi" medalı ilə təltif edilmişdir. Abduləli müəllim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi olduqdan sonra isə,bir sıra digər mükafatlara,eləcə də"Qızıl Qələm","İlin Müəllimi""İlin Alimi",Azərbaycan Ziyalısı","Şərəf" və s. kimi adlara layiq görülüb.
Qısası,Abduləli müəllim əmək fəaliyyətinin hər iki mərhələsində, yəni həm hüquq-mühafizə orqanlarında işləyərkən, həm də elmi-pedaqoji fəaliyyəti dövründə 30-dan artıq təltif və mükafat almışdır.Bu da onun fədakar insan,əsl vətənpərvər,ziyalı olduğunun sübutudur.
Abduləli Abdullayevin üzərində işlədiyi əsərlərdən biri,məhz dərslik olaraq Ali Təhsil Müəssisələrində tədris olunur.Bu kitab bir neçə dildə tərcümə olunub.
Fədakar insan, qayğıkeş müəllim, əsl ziyalı Abduləli Abdullayev
Qeyd etmək lazımdır ki,"İnzibati hüquq,dövlət orqanlarında idarəetmə"adlı kitab 36 fəsildən ibarətdir və bütün sahələri əhatə edir.İcra hakimiyyətləri,maliyyə,fövqəladə,güc strukturu.elm sahəsi,kənd təsərrüfatı sahəsi,gömrük,vergi,ədliyyə və s. sahələrdə idarəetmənin təşkili,qaydaları və hüquqları əhatə olunur.Dövlət İdarəçilik Akademiyasının tədris vəsaiti kimi çox qiymətli bir əsərdir.
Bu əsər Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri,dosent Fəxrəddin Nağıyevlə birgə yazılıb.
Xatırladırıq ki, Fəxrəddin Tağı oğlu Nağıyev Hüquq elmləri üzrə fəlsəfə doktoru, dosentdir.
Fədakar insan, qayğıkeş müəllim, əsl ziyalı Abduləli Abdullayev

Paylaş
Xəbər lentİ