14 yaşında universitet məzunu oldu - FOTO

Oxunma sayı: 398
1-12-2020, 18:56

14 yaşında universitet məzunu oldu - FOTO
Hindistanın Heydərabad şəhərindən olan 14 yaşlı vunderkind Aqastya Djaysval 14 yaşında universitet məzunu olub.

Bu barədə "National Herald" nəşri məlumat verib.

Yeniyetmə oğlan Osmanlı Universitetində Kütləvi Kommunikasiya və Jurnalistika ixtisası üzrə təhsil alıb.

A.Djaysval bildirib ki, o, öz ölkəsində ilk şəxsdir ki, 14 yaşında ali təhsilini müvəffəqiyyətlə başa vurub.

Vunderkind stolüstü tennis yarışlarında iştirak etdiyini, boş vaxtlarında mahnı oxuduğunu və fortepiano alətində ifa etdiyini söyləyib.//sonxeber

Paylaş
Xəbər lentİ