Təhsil ekspertindən təklif – Məktəblərdəki “notebook”lar aztəminatlı ailələrə verilsin

Oxunma sayı: 371
4-12-2020, 13:48

Təhsil ekspertindən təklif – Məktəblərdəki “notebook”lar aztəminatlı ailələrə verilsin
“Hər il orta məktəblərə, Təhsil müəssisələrinə azı 6000 ədəd kompüter, 3000 ədəd notebook verilir ki, bu da 100 mindən çox internetə çıxış aləti deməkdir. Bir neçə il əvvəl hər 20 şagirdə 1 kompüter var idi, sonradan bu rəqəm daha da az oldu.
Hal-hazırda məktəblərə dərs yoxdur və bu alətləri aztəminatlı ailələrə vermək olmazmı? Yoxsa bəzi direktorlar onları artıq özününküləşdirməyə nail olub və ya Təhsil Nazirliyi tərəfindən davamlı olaraq məktəblərin lazımi vəsaitlərlə "təmin edilməsində" problemlər var? Yolda bu ləvazimatlar "Bermud üçbucağı"nın üstündən keçib yoxa çıxır?”
Arasdırma.info//yeniavaz xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov feysbuk hesabındakı paylaşımında qeyd edib.
Ekspert bildirib ki, ölkədə təhsilverənlərin və təhsilalanların onlayn təhsilə əlçatanlığı nazirin dediyindən də aşağı həddədir:
“ Təhsil naziri Emin Əmrullayev bildirib ki, ölkədə 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Sonra da qeyd edir ki, Bakı və Sumqayıt kimi iri şəhərlərdə təxminən 74-75 % təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik.
İndi rəqəmlərə baxaq: Bakı şəhərində 440 min, Sumqayıt şəhərində 58 min, Abşeron rayonunda 45 min şagird təhsil alır ki, bu da üç ərazidə cəmi yarım milyondan çox (təxminən 543 min) şagird təhsil alır deməkdir. Onlarla ümumilikdə 40 minə yaxın müəllimin çalışdığını nəzərə alsaq, bu 600 min şəxsin aktiv tədris prosesinin iştirakçıları olması deməkdir. Nazir deyir ki, onların 75 faizi onlayn dərslərə qoşulub. Bu da axı 450 min alət (kompüter, planşet, telefon) deməkdir. Həqiqətənmi bu qədər alət bu ərazilərdə var? Bir də elektron portaldan qeydiyyatdan keçmə ondan daimi istifadə etmək demək deyil.
Məndə olan rəsmi məlumata görə, məktəblərdə 83 min kompüter var. Sevindirici haldır ki, bu gün respublika ərazisində hər 19 şagirdə bir kompüter düşür. Yəni orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Amma bunlar təkcə kompüterlərdir. Axı 40 minə qədər də “notebook” Təhsil nazirliyi tərəfindən məktəblərə verilib. Hələ bura bir neçə xarici ölkə tərəfindən hədiyyə edilənləri demirəm. Misal üçün, Yaponiya, Koreya, Çin hökumətləri tərəfindən bir neçə dəfə “notebook”lar hədiyyə edilib”.
“Nazir qeyd edib ki, “1 şagird, 1 kompüter” sistemi tətbiq olunan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələr də təhsil sahəsində elə ciddi uğurlar əldə etməyiblər. Bu fikri doğru hesab etmirəm. Misal üçün, bu sistemi tətbiq edən ölkələrdən biri Banqladeşdir. Bu ölkənin təhsil reytinqi bizdən dəfələrlə yuxarıdadır. Nazirin yanaşması ilə məsələyə baxsaq, onda Sinqapur dərsliklərindən istifadə etmək ümumiyyətlə yanlışdır. Çünki onların təhsil sistemi və dərs metodu olduqca sərtdir ki, bunun da nəticəsində dünyada ən çox intihar edən şagirdlər bu ölkənin payına düşür”, - deyə Kamran Əsədov qeyd edib.//yeniavaz

Paylaş
Xəbər lentİ