Rektor koronavirusa yoluxdu: Dərslər dayandırıldı

Oxunma sayı: 326
12-04-2021, 17:28

Rektor koronavirusa yoluxdu: Dərslər dayandırıldı
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.

Arasdırma.info xəbər verir ki, bu barədə Report-a Xalq artisti özü məlumat verib.

O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”.

Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə bildirib ki, COVID-19 səbəbindən təhsil müəsissəsində əyani dərslər dayandırılıb.

“Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək. Konservatoriyanın 3 əməkdaşının COVID-19 testinin nəticəsi pozitiv çıxıb”, – o deyib.

Paylaş
Xəbər lentİ