"10 minlərlə tələbə ədalətli yanaşma tələb edir, sizdən güzəşt istəmir" - Təhsil Nazirliyi tənqid olundu

Oxunma sayı: 288
5-06-2021, 18:12

"10 minlərlə tələbə ədalətli yanaşma tələb edir, sizdən güzəşt istəmir" - Təhsil Nazirliyi tənqid olundu
"Bir aydır ölkənin 10 minlərlə tələbəsi sosial şəbəkələrdə, mətbuatda problemlərini yazır nə Təhsil nazirliyi, nə də universitetlər bu tələbələrin suallarına cavab vermir".

Arasdırma.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

"Bir yazı yazmaq, bir məlumat paylaşmaq olmur, yazıq tələbələr çarəsiz gəlib soruşur ki, bizim dövlət imtahanımız, diplom işimiz nə olacaq, necə olacaq?

Ya çıxın deyin ki, 2020-ci ildə pandemiya dövrününü nəzərə alaraq tətbiq edilmiş güzəştlər tətbiq olunacaq, ya da olmayacaq, gedib hazırlaşın.

Bu qədər çətindir?

10 minlərlə tələbə ədalətli yanaşma tələb edir, sizdən güzəşt istəmir" - K.Əsədov əlavə edib.

Paylaş
Xəbər lentİ