Azərbaycan təhsilinin nümunəsi.

Oxunma sayı: 378
21-06-2021, 08:48

Azərbaycan təhsilinin nümunəsi.
Məktəb üç kollektivin - müəllim, şagird və valideyn kollektivlərinin vəhdətindən ibarətdir. Bu kollektivlər ümumi məqsəd uğrunda səylərini birləşdirərək yüksək nəticələr əldə etdikdə inamla yaradıcı vahid kollektivin formalaşdığını təsbit etmək olar. Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox asılıdır.

Xalqımız, dövlətimiz məktəbin qarşısında çox mühüm, məsuliyyətli vəzifələr qoymuşdur. Heç vaxt məktəb həyatının ritmi indiki kimi dolğun, məzmunlu və gərgin olmamışdır.

Bugünkü məktəbdə tədris olunan elmlərin əsaslarının məzmunu və metodlarının intensiv şəkildə yeniləşdirilməsi prosesi gedir, təlim-tərbiyə işi dərinləşir və çoxcəhətli olur, məktəbin sosial funksiyaları genişlənir. Bu vəzifələrin uğurla həyata keçirilməsi məqsədə istiqamətləndirilmiş, yüksək səviyyədə təşkilatlanmış və səfərbər edilmiş pedaqoji kollektivə müyəssər ola bilər. Yaxşı təlim və tərbiyə edə bilən kollektivin formalaşdırılması, ilk növbədə, direktorun işidir.
Bakı şəhəri 52 saylı orta məktəbin direktoru Aydan Məmmədova uzun illərdir ki,təhsil sistemində çalışır.
Son illər pandemiya bütün sahələrə təsir göstərdiyi kimi ,təhsilimizə də mənfi təsir göstərib.Onlayn dərslər keçirilsə də,hamıya sirr deyil ki,bu heç də ürəkaçan deyil.Lakin,məktəblərdə müəllimdən direktora kimi ,hər kəs öz işinin öhdəsindən gəlməlidir.
Aydan Məmmədova o direktorlardandır ki,uşaqların gələcəyini,təhsili hər şeydən üstün tutur.
Azərbaycan təhsilinin nümunəsi.
Onu da qeyd edək ki.52 N-li tam orta məktəb Bakı şəhəri Yasamal rayonu yerləşir. Məktəb Məmməd İsmayıl Cuvarlinskinin adını daşıyır. 1966-cı ildən fəaliyyət göstərən məktəb 900 yerlikdir. Məktəbin binası bir tipli 3 mərtəbəlidir. 36 sinif otaqı, idman zalı,akt zalı,fənn kabinetləri,laboratoriyaları kompüter otaqları,tibb otağı,kitabxanası, bufeti var.Geniş həyətyanı sahəsi , yardımçı binası var. Məktəbdə hal-hazırda 36 sinif komplekti və 855 şagird təhsil alır . 70 müəllim kollektivi çalışır. Laçın rayonu 19 Nömrəli Məcburi köçkün məktəbi də 1992-ci ilin sentyabr ayından burda fəaliyyət göstərir. Məktəb 2010-cu ildə əsaslı təmir olunmuşdur. Məktəbin 10 şəhidi var. Onlardan biri Milli qəhrəmandır. Pedaqoji kollektivimizin naliyyətləri də az deyil.Məktəbin direktoru Azərbaycan Respublikasının əməkdar müəllimidir.2 nəfər müəllimimiz " İlin Ən Yaxşı" müəllimi müsabiqəsinin qalibidir. Respublikanın müxtəlif Ali məktəblərinə qəbul olunan məzunlarımızın sayı qənaətbəxşdir.Hər il məktəbin məzunlarından 600 dən yuxarı bal yığanları olub. Məktəb idman sahəsində də uğurlar qazanmışdır.Şagirdlərimiz qonşu respublikalardan qalibiyyətlə dönmüşdür. Məktəb öz keçmiş məzunları ilə həmişə fəxr edir. Hal hazırda Respublikanın müxtəlif peşə sahələrində böyük uğurlar əldə edirlər.Onların içərisində bacarıqlı həkimlər,müəllimlər,mühəndislər və s. var.
Məktəbdə Azərbaycan yalnız bölməsii fəaliyyət göstərir. Məktəb 3 növbəlidir. Keçən dərs ilində məktəbi 242 şagird bitirmiş və onlar tam orta təhsil haqqında attestat almışdır. Onlardan 8 nəfəri fərqlənmə attestatı, 1 nəfəri isə xüsusi fərqlənmə attestatı almış, qızıl medala layiq görülmüşdür. 155 nəfər şagird ali məktəblərə qəbul olunmuşdur. IX sinifləri isə 333 nəfər şagird bitirib və ümumi orta təhsil haqqında attestat almışdır. Onlardan 10 nəfəri nəaliyyətlərinə görə fərqlənmə attestatı almışdır.

2020-2021-ci dərs ilində məktəb “Tədrisin keyfiyyətinin yüksəldilməsi” probleminə daha çox diqqət yetiriləcəkdir.

Məlum olduğu kimi ölkəmizdə son illərdə sosial quruculuq elmi texniki yeniliklər respublikamızın dünya ölkələri arasında getdikcə nüfuzunun artması beynəlxalq arenada Azərbaycanın öz sözünü deməsi heç şübhə yoxdu ki, ölkə daxilində dövlətin təhsilə verdiyi böyük zəhmətin məhsuludur. Təbii ki, biz müəllimlər dövlətimizin, xalqımızın qarşısında təhsilin önəmli istiqamətlərini dərindən başa düşür və onun həyata keçirilməsinə müvəffəqiyyətlə səy göstərir.

Ümumi təhsil sahəsində 2020-2021 dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən 2018-2019-cu dərs ili “Təhsildə keyfiyyət ili”nin davam etdirilməsi məqsədə müvafiq hesab edilmişdir. Bu baxımdan məktəbdə dərs ilinin əvvəlində illik pedoqoji fəaliyyətin əsas istiqamətlərini müəyyən edən zaman müəllimlərin peşə ustalığının artırılması və şagirdlərin yüksək təlim və tərbiyə almalarının yollarını bir vəzifə olaraq qarşıya qoyublar. Fərəhli haldır ki, ilin nəticələrini araşdıran zaman məlum oldu ki, bu sahədə pedoqoji fəaliyyət düzgün yoldadır.

Aydan Məmmədova işlədiyi müddət ərzində müəllimlərin və valideynlərin hörmətini qazanıb.Təhsilin keyfiyyətinin yüksəldilməsi prosesində hamını bu işə cəlb edib.Belə işgüzar ,peşəkar direktorların sayəsində təhsilimiz inkişaf edəcək və yüksən nailiyyətlər əldə edəcək.

Paylaş
Xəbər lentİ