Məktəb direktoru içkili vəziyyətdə qəza törədib

Oxunma sayı: 278
2-08-2021, 23:32

Məktəb direktoru içkili vəziyyətdə qəza törədib
Tərtər rayon Seydimli kənd orta məktəbinin direktoru müəllim adına yaraşmayan hərəkət edib.

Tərtər rayon hüquq-mühafizə orqanlarından TehsilXeber.com-a verilən məlumata görə 30 iyul tarixində axşam saatlarında rayonun Seydimli kəndi ərazisində avto qəza baş verib.

Avto qəza MAZDA CİP markalı avto nəqliyyatı idarə edən Seydimli kənd tam orta məktəbinin direktoru Nürəddin İbrahimovun səhfi ucbatından baş verib. Belə ki, Seydimli kəndində təşkil edilmiş toy məclisində hədsiz dərəzədə spirtli içki qəbul edən Nürəddin İbrahimov kənddən çıxıb rayon mərkəzinə gedərkən idarəetməni itirərək qəza törədim.

Rəhbərlik etdiyi təhsil ocağının kollektivinin də iştirak etdiyi məclisdə normadan artıq (el dilində desək küpünə kimi )içki qəbul edən və kəndi tərk etmədən qəza törədən direktor görən etdiyi hərəkətin müəllim adına yaraşmadığının fərqindədirmi?

Nürəddin İbrahimovun içkili vəziyyətdə qəza törətməsi Tərtər rayon Prokurorluğu tərəfindən araşdırılır. Nəticəsi barədə sizlərə əlavə məlumat verəcəyik.

İnanırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb rəhbəri və müəllim adına yaraşmayan hərəkətə yol vermiş Nürəddin İbrahimov barəsində ciddi tədbir görəcək.

Paylaş
Xəbər lentİ