Niyə lüğətimiz hər dəfə yenilənəndə bu qədər səs-küyə səbəb olur? Niyə bizim dilçi alimlərimiz hələ də rusca işlətdiyimiz şpilka, kupalnik, zaryadka, rozetka, suşilka kimi sözlərin normal qarşılığını tapmır? Təbii ki, indi bütün dilçi alimlər deyəcək ki, lüğətimizdə bu sözlərin hamısının qarşılığı var. O zaman niyə biz bu sözlərdən istifadə etmirik?
Bəlkə ona görə ki, tapdığınız sözlər o qədər gülməli səslənir ki, dilimizə gətirməyə utanırıq? Axı hər şey kitabda çap edilməklə deyil, o sözləri insanların dilinə salmaq lazımdır. Bəzilərinə bu qədər çətindirmi intriqaları bir kənara qoyub işlə məşğul olmaq? Yoxsa dilçi alimlərin işi sadəcə az qala hər il yenilənən lüğətdə sözlərin yazılışını dəyişməkdən ibarətdir?
İctimai TV-də lüğətimizə daxil olan yeni sözlər, nöqsanlar araşdırılıb.
Ətraflı videoda:
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70