Daha 197 nəfər Moskvadan Vətənə gətirildi - FOTO

Oxunma sayı: 417
20-07-2020, 05:13

Daha 197 nəfər Moskvadan Vətənə gətirildi - FOTO
İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

AZAL-dan verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.


Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.//APA

Paylaş
Xəbər lentİ