Geri qaytarılan daha 7 kənd: evlər, dükanlar yandırılır – Video

Oxunma sayı: 318
19-11-2020, 01:26

Geri qaytarılan daha 7 kənd: evlər, dükanlar yandırılır – Video
İki gün ərzində əşyalarımı daşıya bilməyəcəyəm.

Arasdırma.info xəbər verir ki, bu sözləri keçmiş Ağdərə rayonun Boyəhmədli kənd sakini erməni əsilli mağaza sahibi Armen deyib.

Bu səbəbdən o, mağazanı türklərə (azərbaycanlılar – red.) qalmaması üçün yandırmaq qərarına gəlib.

Qeyd edək ki, keçmiş Ağdərə rayonunun 7 kəndi 20 noyabra qədər Azərbaycanın nəzarətinə qaytarılacaq. Bu kəndlər Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalı, Ciləbürtdür.

Ağdərə rayonu Azərbaycan MM-in qərarı ilə lğv edilib. Bu rayonun kəndləri Tərtər, Ağdam və Kəlbəcər rayonlarının inzibati ərazisinə daxil edilib.

Hazırda geri qaytarılan Yeni Marağa, Mollalar, Papravənd, Boyəhmədli, Əliağalı Ağdam rayonuna, Ciləbürt və Seysulan isə Tərtər rayonuna aiddir.


Paylaş
Xəbər lentİ