Rəis müavini: “Ədliyyə Nazirliyinin əməkdaşı qəhrəmancasına şəhid olub”

Oxunma sayı: 343
20-11-2020, 11:59

Rəis müavini: “Ədliyyə Nazirliyinin əməkdaşı qəhrəmancasına şəhid olub”
“100-ə yaxın ədliyyə və məhkəmə işçisi Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azadetmə əməliyyatlarında iştirak edib”.

Bunu "Report”un efirində yayımlanan “Müzakirə vaxtı”nın "Hüququmuz var" rubrikasında Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, döyüşlərdə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin əməkdaşı Ruhin Xəlilov qəhrəmancasına şəhid olub, bir neçə əməkdaş isə xəsarət alıb:

“Ədliyyə Nazirliyinin rəhbərliyi və bütün əməkdaşları müharibə başlayan gündən öz dövlətlərinin müsəlləh əsgəri kimi fəaliyyət göstərib, iş yerlərini səngər hesab ediblər”.

Paylaş
Xəbər lentİ