Başçının müavini koronavirusdan dünyasını dəyişdi.

Oxunma sayı: 312
9-12-2020, 17:48

Başçının müavini koronavirusdan dünyasını dəyişdi.
Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Arasdırma.info "Report"a istinadən xəbər verir ki, Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb.

İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.
Başçının müavini koronavirusdan dünyasını dəyişdi.

Paylaş
Xəbər lentİ