Xaş mövsümü açıq elan edilir.Xaşı necə hazırlayaq.VİDEO

Oxunma sayı: 389
1-01-2021, 10:02

Xaş mövsümü açıq elan edilir.Xaşı necə hazırlayaq.VİDEO
Qış vaxtının vazkeçilməz xörəyi, əlbəttə ki, xaşdır. Hazırlanmasına bütün gecə sərf olunan xaşı Azərbaycanda əsasən kişilər sevirlər.

Havalar soyuyan kimi Azərbaycan restoranlarında xaş mövsümü də başlayır. Bu isti yeməyi yalnız səhər saatlarında nuş eləmək adətdir. Axşamdan hazırlanan mal ayağı və dırnaqları səhərədək o qədər qaynayır ki, ət sümükdən ayrılır. Ona görə də elə axşamdan ocağın üstə qoyub, səhərçağı yemək daha rahatdır.

O, təkcə dadına görə deyil, faydasına görə də sevilir. Xüsusən sümük sınığı olanlara xaş yemək məsləhətdir.

Ölkəmizdə xaşın ən böyük həvəskarları kişilərdir. Əvvəllər, karantin olmayan vaxtlarda, onlar xaş sifarişini bir gün öncədən verərdilər. İndi isə restoranlar işləmədiyindən evdə hazırlamaq daha məqsədəuyğun görünür.

Əlbəttə, proses elə də asan deyil. Gərək qazanın da gen ola, hövsələn də.

Arasdırma.info milli mətbəximizin ənənəvi yeməyi, əsl kişi xörəyi adlandırılan xaşın addım-addım hazırlanma qaydasını sizinlə bölüşür.//sputnik
Xaş mövsümü açıq elan edilir.Xaşı necə hazırlayaq.VİDEO

Paylaş
Xəbər lentİ