Bakı Ələt yolunda saatlarla vaxtını itirən vətəndaşlar şikayətlənir.

Oxunma sayı: 307
4-01-2021, 17:35

Bakı Ələt yolunda saatlarla vaxtını itirən vətəndaşlar şikayətlənir.
Ciddi karantin rejimi ilə əlaqədar olaraq Bakı - Ələt magistral yolunda böyük tıxaclar yaranır.
Tətilin sona çatması və yeni iş həftəsinin başlanması ilə bağlı,regionlardan Bakıya axın olması böyük tıxaca səbəb olub.
Arasdırma.info xəbər verir ki,bu barədə polis postlarında saatlarla dayanan vətəndaşlar məlumat veriblər.

Magistralın Ələt qəsəbəsindən paytaxta daxil olan hissəsində nəqliyyatın hərəkətində 1 km-ə qədər tıxac əmələ gəlib. Yolun şəhərdən rayonlara gedən istiqaməti bağlanıb.

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar olaraq Bakının da bir neçə məntəqələrində tıxaclar yaranır.Lakin bunu asayiş qoruqçuları tənzim edir.

Paylaş
Xəbər lentİ