10 min manatlıq yeyintiyə görə işdən çıxarıldığı deyilən idarə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 295
12-02-2021, 16:58

10 min manatlıq yeyintiyə görə işdən çıxarıldığı deyilən idarə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin vəzifəsindən azad edilməsinə münasibət bildirib.
Arasdırma.info "qafqazinfo"ya istinadən xəbər verir ki, nazirlikdən Namiz Əsəd oğlu Ağayevin Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olaraq yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyi bildirilib.
Qeyd edək ki, Nazim Ağayevin 10 min manatlıq yeyintiyə görə işdən çıxarılması ilə bağlı xəbərlər yayılmışdı. O isə təqaüdə çıxması ilə bağlı vəzifədən getdiyini bildirmişdi.

Paylaş
Xəbər lentİ