Tanınmış şair,əməkdar jurnalist vəfat edib.

Oxunma sayı: 310
21-02-2021, 00:49

Tanınmış şair,əməkdar jurnalist  vəfat edib.
Azərbaycan Tibb Universitetinin "Təbib" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, şair Eldar İsmayıl Böyüktürk vəfat edib.

Arasdırma.info xəbər verir ki, o, fevralın 20-də 79 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, E.İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb.

2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir.

E.İsmayıl Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktorudur. 2010-cu ilin sentyabrın 20-də ona Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilib.

Paylaş
Xəbər lentİ