Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisi şəhərində parlamentin, Xarici İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) və Hökumət Evinin binalarının yerləşdiyi əraziyə xüsusi təyinatlıları səfərbər edib.
Arasdırma.info xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.
Kanalın yayımladığı kadrlarda polis əməkdaşlarını daşımaq üçün nəzərdə tutulan avtobusların Hökumət Evinin həyətinə necə daxil olduğu göstərilir. Bununla belə parlamentə bitişik qonşu küçələrdə də vəziyyət sakitdir.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə 18 partiya iştirak edib. Parlamentə daxil olmaq üçün partiyalar beş faizlik baryeri keçməlidir. Bütün deputatlar proporsional sistemlə seçiləcək. Ölkənin 3,5 milyona yaxın vətəndaşının səsvermə hüququ var.//olke.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70