ABŞ administrasiyası Prezident Donald Trampla bağlı araşdırmalarda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır.
Arasdırma.info xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər.
İlk növbədə, bu tədbir 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliyə hücumun şərtlərini araşdıran, həmçinin Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edən xüsusi müşavir Cek Smitlə əməkdaşlıq edən agentlərə təsir edə bilər.
Nəşr qeyd edir ki, FTB-nin Vaşinqtondakı mənzil-qərargahının əməkdaşlarına bu iki iş üzrə araşdırmalarla bağlı sənədləri təhvil vermək əmri verilib. Tramp administrasiyasının ekspertlərinin araşdırmada iştirak edən agentlərin adları üçün onları nəzərdən keçirməsi gözlənilir.//publika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70