"Azərbaycanlıların mənə edə bilmədiyini Paşinyan etdi"

Oxunma sayı: 420
29-01-2020, 15:19

"Azərbaycanlıların mənə edə bilmədiyini Paşinyan etdi"
Mən hakimiyyətə qarşı hərəkata rəhbərlik edirəm.

Arasdırma.info xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan “Yerevan Tudey”ə müsahibəsində deyib.

“Hakimiyyətin fəaliyyəti məni siyasətə qaytardı. Hakimiyyət həbsdə saxlamaqla məni özlərinin qabiliyyətsiz siyasətinə qarşı hərəkatın simvoluna çevirdi. Tale mənə zamanında Qarabağın müstəqilliyi uğrunda mübarizəyə rəhbərlik etmək imkanı verib. Hərəkat başlayanda mən möcüzə nəticəsində Azərbaycan həbsxanasından qaça bildim. Taleyin ironiyası odur ki, məni azadlıqdan məhrum etməklə hakimiyyət azərbaycanlıların edə bilmədiyini etdi”, – deyə o bildirib.

Həbsxanadan siyasi mübarizəyə başlayacağını bildirən Köçəryan “ölkənin azad olunması”nda vacib rol oynayacağını deyib.Axar.az

Paylaş
Xəbər lentİ