Sputnik İngilis lentinin baş redaktoru Valeri Şuverov Moskvada qəflətən vəfat etdi

Oxunma sayı: 378
7-04-2020, 05:21

Sputnik İngilis lentinin baş redaktoru Valeri Şuverov Moskvada qəflətən vəfat etdi
Bazar ertəsi gecə Moskvada "Sputnik" in ingilis dilində yayımlanan Agentliyin baş redaktoru Valeri Şuverov vəfat etdi.
Arasdırma.info RİA Novostiyə istinadən xəbər verir ki,baş redaktor qəfildən başında kəskin bir ağrı hiss edib və huşunu itirib.Təcili yardım həkimləri iki saat onun həyatı üçün mübarizə aparıb.Lakin,Şuvelevi xilas etmək mümkün olmayıb.
Valeri 2004-cü ildən agentlikdə əvvəlcə ingilis RİA Novosti-nin müxbir-tərcüməçisi, sonra 2014-cü ildən Sputnik lentinin redaktoru və baş redaktoru kimi çalışmışdır. Həmişə yüksək səmərəlilik və İngilis dilinin incəliklərini mükəmməl bilməsi ilə fərqlənirdi.

"Valera əsl Sputnik əfsanəsidir! O, bütün bir redaktor nəslini yetişdirdi: onu dinlədilər, təcrübəsinə heyran oldular, bəzən qorxurdular, amma şübhəsiz sevilir və hörmət edirlər" deyə Sputnik-də İngilis dilində məlumat üçün redaktorluğunun rəhbəri Daria Gerasina deyib.


Bəhmən Baxşəliyev

Paylaş
Xəbər lentİ