Səudiyyə Ərəbistanında qadınlarla bağlı gözlənilməz qərar

Oxunma sayı: 356
19-07-2020, 05:43

Səudiyyə Ərəbistanında qadınlarla bağlı gözlənilməz qərar
Məhkəmə Səudiyyə Ərəbistanlığında ərəb ənənələrinə uzaq olan qərar verib.

Arasdırma.info xəbər verir ki, məhkəmənin qərarına əsasən artıq ərəb qadınları tək yaşaya bilərlər və onun qəyyumluğa ehtiyacı yoxdur.

Hətta qadınlar ərləri olmadan ölkə içində səyahətə çıxa biləcəklər. Bu iddianı ilk olaraq tək Əl-Riada getmək istəyən Məryəm al-İtibi adlı qadın qaldırıb. Son günlər isə ölkədə qadınlar qanunlara tabe olmamağa başlayıblar.

"Bu tarixi qərar qadınların acı çəkməsinə son qoyacaq. Hakimin yeni qərarı onu göstərir ki, onlar təkcə Səudiyyə Ərəbistanlığında yox, bütün insanların yaşadığı gerçəklərdən xəbərdardılar. Eyni zamanda şahzadə Məhəmməd ibn Salmanın islahatları dəstəklədiyini göstərir" deyə, Məryəmin vəkili bildirib.//Axşam.az

Paylaş
Xəbər lentİ