Siyasətçilər və biznesmenlər peyvənd olunub? - İLGİNC İDDİA

Oxunma sayı: 338
21-07-2020, 04:06

Siyasətçilər və biznesmenlər peyvənd olunub? - İLGİNC İDDİA
Rusiyada COVİD-19-a qarşı hazırlanan peyvəndlə bağlı ilginc iddialar ortaya çıxıb.

Belə ki, rusiyalı siyasətçilər və elit təbəqənin üzvlərinin, iri biznesmenlərin hələ aprel ayında bu peyvəndi olduqlarına dair məlumat yayılıb. İddia barədə “Bloomberg” nəşri yazıb.

Peyvəndin hazırlığı ilə məşğul olan Seçenov Universitetinin epidemiologiya və mikrobilogiya mərkəzinin rəhbəri Aleksandr Hinsburq iddialara münasibət bildirib.

O qeyd edib ki, siyasətçilərin, biznesmenlərin peyvənd olunması barədə onlarda heç bir məlumat yoxdur: "İri, hətta kiçik biznesmenlərlə bağlı heç nə bilmirəm".

Universitetin başqa bir nümayəndəsi Vadim Tarasov isə bu xəbəri “spekulyasiya” adlandırıb: "Bunlar yalan məlumatlardır. Hələ tədqiqat tam başa çatmayıb".//cebhe

Paylaş
Xəbər lentİ